Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İt sahibəsində xərçəng şişi aşkarladı - Kuryoz olay

  • 2022.03.18 14:19
  • 1468 Baxış
İt sahibəsində xərçəng şişi aşkarladı   - Kuryoz olay


Böyük Britaniyanın 50 yaşlı sakini Tanya Hibberd 2 həftəlik istirahətdən qayıtdıqdan sonra Xaski itinin özünü qəribə apardığını müşahidə edir.

Bakupost az xəbər verir ki, it bir ay ərzində sahibəsinin bir süd vəzisini pəncəsi ilə eyni yerdən itələyib və vurub.

Hər axşam və səhər o divana və yatağa çıxaraq, qadının sinəsindən eyni nöqtəyə pəncəsini qoyub. Bəzən isə başını eyni yerə dayayıb uzanardı.

Qadın itin diqqət yetirdiyi bu hissədə nəyinsə olmasını təxmin edib, müayinə olunmaq qərarına gəlir. Müayinə zamanı onun döşündə 5 qəpiklik ölçüdə şiş aşkarlanır.

Tanya 12 kimyaterpiya və bir əməliyyat keçirərək, 1 il yarım sonra sağalır.

O qeyd edir ki, iti olmasaydı o heç vaxt şübhələnməyəcəkdi.

“Sapfir sanki mənə nəyisə göstərmək, xəbərdarlıq etmək istəyirdi. İti, pişiyi olanlar onların qəribə davranışlarını gözardı etməsinlər. Onlar sahiblərinin təhlükədə olduğunu hiss edə bilirlər”.


Aygün M
BakuPost