Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İt, pişiklə eyni yataqda yatmaq olarmı?

  • 2023.07.07 17:46
  • 1225 Baxış
İt, pişiklə eyni yataqda yatmaq olarmı?
Ev heyvanlarını o qədər sevirik ki, onları öz yatağımıza buraxmağa hazırıq. Sahiblərin yarıdan çoxu gecələr it və ya pişiyi, hətta bir neçə ev heyvanı ilə eyni vaxtda yatdıqlarını etiraf edir.


“Medicina” xəbər verir ki, ev heyvanları ilə birgə yatmağın həm müsbət, həm mənfi təsiri var:


Üstünlükləri:

Rahatlıq və təhlükəsizlik hissi - Hisslər qarşılıqlıdır,tam etibar etdikləri sahiblərinin yanında yatan ev heyvanları daha rahat olur, özlərini təhlükəsiz hiss edir. Həmçinin sahibi ilə bir yuxu paylaşmaq, onunla heyvan arasında unikal, çox yaxın emosional bağlar yaratmağa kömək edir.

2. Psixika üçün faydalıdır - Ev heyvanları ilə ünsiyyət stress və narahatlığı aradan qaldırır, təklik hisslərini azaldır, zəmin yaradır, sakitləşdirir və əhval-ruhiyyəni yaxşılaşdırır. Tüklü dostunuz yanınızda yatdıqda, psixi sağlamlıq faydaları daha da böyükdür.

3. İmmunitet üçün- Evdə ev heyvanlarının olması həm də onların mikrobları ilə sıx əlaqədə olduğunuz deməkdir. Bir tərəfdən bu təhlükəli ola bilər, amma digər tərəfdən, əksinə, sağlamlıq üçün faydalıdır. Çünki immunitet sisteminiz müxtəlif bakteriya və viruslarla mübarizə aparmağı öyrənir.

4. Ürək-damar sistemi üçün faydaları - Bir iti sığallayanda qan təzyiqimiz və ürək döyüntülərimiz normallaşır. Bütün gecə ondan yapışsaq, ürək və qan damarları bizə təşəkkür edir.

Potensial risklər

1. Yuxunun pozulması - Pişiklər ümumiyyətlə, gecə heyvanlarıdır və gecə saat üçdə yatan sahiblərinin üzərilərinə çıxa və ya şkafın üstünə dırmaşıb yerə atıla bilərlər.

İtlər bu baxımdan daha etibarlıdırlar, çünki onlar gecələr yatmağa meyllidirlər. Bununla belə, yuxuda onlar xoruldaya, fəryad edə, hürə, sızlaya, qıvrıla bilər, yerlərini və mövqeyini dəyişmək üçün vaxtaşırı ayağa qalxıb, ayağınızın üstünə basa bilər və bununla da sizi oyandıra bilər. Sizi dərin yuxudan çıxaran mikro oyanışlar stress hormonu kortizolun ifrazını tətikləyir və yuxunuzu səthi edir. Artıq yuxusuzluqdan əziyyət çəkənlər üçün bu xüsusilə zərərlidir.


2. Mikroblar, parazitlər və allergiyalar - Əgər siz artıq astma və ya allergiyadan əziyyət çəkirsinizsə, ən yaxşısı ev heyvanlarını yataqdan uzaqlaşdırmaqdır. Ev heyvanları kürklərində küçədən yatağa müxtəlif allergenlər gətirə bilər, ilk növbədə bitki polenləri, əlavə olaraq tez-tez allergen olan öz saçları və tükləri yataq dəstlərində çox olacaq.


Bundan əlavə, ev heyvanları müxtəlif yoluxucu və parazitar xəstəliklərin patogenlərini daşıya bilər: bakteriyalar, viruslar, göbələklər, helmintlər, gənələr, birə. Buna görə də immuniteti zəif olan insanlar ev heyvanları ilə birgə yatmaqdan çəkinməlidirlər.


3. Aqressiya - Bəzi itlər, yuxuda təsadüfən narahat olsalar, refleks olaraq aqressivlik nümayiş etdirirlər, hətta sahibini dişləyə bilərlər. Bir itin bu cür davranışa meyli varsa, xüsusilə uşaqlarla yatağa buraxmamaq daha yaxşıdır.

Yataq dəstlərini mütəmadi olaraq yuyun. Axşam yatmazdan əvvəl itinizi yaxşı gəzdirin ki, daha yaxşı yatsın. Küçədən gələndə pəncələrini yuyun ki, yatağınıza küçə mikrobları və kir düşməsin. Ev heyvanlarının üzünüzü yalamasına icazə verməyin, çünki bu, hər hansı infeksiyaya yoluxma riskini azaldacaq.

Aynurə Məmmədova