Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İt-pişik saxlayanlarda qıcıqlanmış bağırsaq sindromu olur – Səbəbi isə...

  • 2019.05.27 16:50
  • 6188 Baxış
İt-pişik saxlayanlarda qıcıqlanmış bağırsaq sindromu olur –  Səbəbi isə...
İt-pişik qidası heyvanın sahibi olan insanda və ailə üzvlərində qıcıqlanmış bağırsaq sindromunun inkişafına səbəb olur.


Medicina.az xəbər verir ki, bunu ABŞ Tennesee State Universitetinin alimləri hesab edir ki, heyvanlar üçün alınan qidalarla kontakt insanın mədə-bağırsaq sisteminə təsir edir.


Qıcıqlanmış bağırsaq sindromu ağrılı sancılar, spazmlar, köp, qarında səs,qəbizlik, diareya və s kimi bağırsaq problemləri ilə özünü büruzə verir.  Adətən bağırsaqda ciddi bir patologiya tapılmır, həkimlər bu zaman səbəbi tapılmayan qıcıqlanmış bağırsaq diaqnozu qoyurlar.


Bağırsağın mikroflorasını ciddi şəkildə dəyişən səbəblər stress, iltihabdır. İndi bu səbəblərə ev heyvanlarının qidası, yemi də əlavə olundu.

Alimlər bunun üçün 2883 nəfər bu sindromdan əziyyət çəkən insanların həyat tərzini araşdırarkən məlum olub ki, onların 26%-i evində bu və ya digər heyvanı saxlayır.


Alimlər bunu belə izah edir ki, ev heyvanları evdə yaşayarkəm onların yunu, tükü, dərisindən hissələr, gənə, qurd və s. evə tökülür.

Eləcə də ev sahibi heyvanların tullantısını yığıb atarkən ordan çıxan mikroskopik bakteriyalar orqanizmə düşür. 


Eləcə də yemək qabında olan qida və qabın özü bakteriyalarla dolub daşır. Burdan da istər toxunduqda, istər tənəffüs yolları və əllərlə insana bu bakteriyalar yoluxur.


Müətəxəssislər daha çox it, pişik və iri heyvanların qidası daha təhlükəlidir.