Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İt-pişik dişləyən insanlara göstəriləcək İLK YARDIM

  • 2018.04.27 13:21
  • 32833 Baxış
İt-pişik dişləyən insanlara göstəriləcək  İLK YARDIM
İt və pişik dişləməsi gündəlik həyatda hər insanın başına gələ biləcək hadisədir. 

 

Bəs bu halla qarşılaşan zaman təcili yardım necə olmalıdır?

 

Medicina.az xəbər verir ki, ilk olaraq su və sabun vasitəsilə həmin nahiyəni 5 dəq ərzində yumaq lazımdır. Bunun səbəbi isə yaraya düşə biləcək quduzluq virusudur. Sabun onları məhv edir. Yuyulan hissə sarğı ilə bağlanılmalıdır. Əgər qanama varsa təmiz bintlə sarıyaraq qanı dayandırmaq lazımdır.

 

Həmçinin hər zaman quduzluq və tetanoz peyvəndi vurulmalıdır. Çünki heyvanın bir dişləməsi ilə bədəninizə saysız mikrob daxil ola bilər. 


Bu zaman ən böyük təhlükə isə quduzluq riskidir. Əgər heyvan dırnağını keçiribsə yenə də çox diqqətli olmalısınız. Adi sandığınız cırmaq sizi quduz edə bilər.