Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İt parçalayan uşağın vəziyyəti ağırdır

  • 2024.03.04 15:59
  • 603 Baxış
İt parçalayan uşağın vəziyyəti ağırdır

“Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında itlərin hücumu səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan azyaşlının vəziyyəti ağırdır.



"Medicina" xəbər verir ki, Təbib məlumatına görə, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".