18-22 dekabr 2017-ci il tarixində Bioloji Təbabət klinikasında biotənzimləyici təbabət üzrə mütəxəssis, Alpstein Klinikasının aparıcı həkimi Dr.Ralf Oettmeier (İsveçrə) iştirakı ilə xəstə qəbulu keçiriləcək.
Medicina.az xəbər verir ki, Ralf Oettmeier 1993 – 2014-cü illərdə refleks terapiyası (xiroterapiya, akupunktura, nevral terapiya), homeopatiya və spesifik ağrı terapiyası üzrə ixtisaslaşıb.
1994-cü ildən etibarən "im LEBEN” holistik tibb akademiyasında dosentdir, mühazirələr və seminarlar aparır.
1999-2014-cü illərdə Almaniyanın Qreyts şəhərində "im Leben” klinikasında (F. X. Mayr adına bioloji təbabətlə xərçəngin müalicəsi, diaqnostikası və terapiyası üzrə Xüsusi Müalicə Mərkəzi) aparıcı baş həkim vəzifəsində çalışıb.
2015-2017 Paraselsus klinikasında aparıcı həkim kimi çalışıb.
2017-ci ildən etibarən İsveçrənin Alstein klinikasında çalışır.
Kvalifikasiya
1988-ci ildə "Osteologiya” ixtisası üzrə tibb doktoru diplomu alıb.
1992-ci ildən etibarən ortopediya üzrə məsləhətçidir.
Türingiya Dövlət Həkimlər Palatası tərəfindən qəbul olunmuş digər sahələr üzrə kvalifikasiyası:
− Homeopatiya (1992)
− Xiroterapiya (1993)
− Təbii sağaltma metodları (1998)
− Spesifik ağrı müalicəsi (2002)
− Akupunktura (2006)
- Əlavə təhsil diplomları (Avstriya Dövlət Həkimlər Palatası tərəfindən tanınmış):
F.X. Mayr adına diaqnostika və terapiya diplomu (2003)
- Əlavə təhsil diplomları (GfBK, EGAI, DGO, DGHT ekspert assosiasiyalar; tərəfindən tanınmış):
Xərçəngin İnteqrativ Bioloji Təbabəti (2001)
"Skeletin rentgen diaqnostikası” üzrə texniki biliklər (1992, Türingiya Dövlət Həkimlər Palatası)
"Akupunktura üzrə master” (2004, DgfAN e.V. ekspertlər assosiasiyası tərəfindən tanınmış)
Nevral terapiya üzrə ekspert (DgfAN e.V. (1996) və SANTH (2016) tərəfindən tanınmış)
Alman və ingilis dilli jurnallarda bir sıra mühüm nəşrlərin, həmçinin dərsliklərin müəllifi və həmmüəlifidir.
Ətraflı məlumat üçün tel: (+994 12) 430 89 89