Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsveçrənin məşhur bioloji təbabət həkimi Bakıda 4 gün xəstə QƏBULU

  • 2019.12.02 16:47
  • 4528 Baxış
İsveçrənin məşhur bioloji təbabət həkimi Bakıda   4 gün xəstə QƏBULU

9-13 DEKABR Bioloji Təbabət Klinikasında bioloji təbabət üzrə ekspert, Alpstein Klinikasının aparıcı həkimi Dr.Ralf Oettmeier (İsveçrə) xroniki xəstəliklər üzrə xəstə qəbul edəcək.

Medicina.az xəbər verir ki, qəbul göstərilən tarixlərdə hər gün saat 09:00-dan 13:00-dək aşağıdakı xəstəliklər üzrə olacaq:



Autoimmun xəstəliklər:

• Dağınıq skleroz (MS)
• Revmatoid artrit
• Bexterev xəstəliyi-Ankilozlaşan spondiloartrit
• Haşimoto, Bazedov xəstəliyi
• ALS (amiotrofik lateral skleroz)
• Kron xəstəliyi, ulserativ kolit
• Şeqren sindromu
• Qırmızı qurdeşənəyi

Xroniki infeksiyalar:

• Borrelioz (Laym xəstəliyi)
• Xroniki virus infeksiyaları (EBV, CMV,Koksaki
virusu, herpes, hepatit)
• Xroniki parazit infeksiyaları (toksoplazma,
xlamidiya və s.)
• Xroniki bakterial infeksiyalar (sinusit, tonsillit,
osteomielit və s.)
• Xroniki göbələk infeksiyaları
• Bartonella, Shigella, Salmonella və ya İersinia ilə
törədilən spesifik infeksiyalar

Nevroloji xəstəliklər

• Parkinson xəstəliyi
• Alsheymer xəstəliyi
• Gullian-Barre sindromu
• Kəmərləyici dəmrov
• Polineyropatiya
• Miopatiya
• Ensefalopatiya
• Moto-neyron xəstəlikləri

Dayaq – hərəkət aparatının xəstəlikləri:

• Qonartroz və koksartroz
• Artritdən sonra yaranan artroz
• Fəqərəarası disklərin degenerasiyası
• Osteopeniya (osteoporoz, osteomalyasiya)
• Poliartroz, spondiloartrit
• Tendopatiyalar

Qadın xəstəlikləri:

• Hormonal disfunksiyalar
• Menopauzal sindrom
• Libidonun itirilməsi
• Sonsuzluq
• Menstrual tsiklin pozulması və dismenoreya

Mədə bağırsaq xəstəlikləri:

• Seliakiya
• Qida allergiyası və intolerantlıq
• Hemorroy
• Bağırsağın qıcıqlanma sindromu
• Ulserativ kolit
• Kron xəstəliyi
• Helicobakter infeksiyası
• Xroniki diareya
• Peptik ezofagit
• Xroniki abdominal ağrı

Pediatrik xəstəliklər:

• Hiperkinetik sindrom və autizm
• Uşaq və yeniyetmələrdə çəki problemi
• Allergiya
• I tip şəkərli diabet
• Konsentrasiya defisiti və davranış pozulması
• Ekzema
• Səbəbi bilinməyən ağrılar
• Uşaqlıq dövründə ishal və qəbizlik

Metabolik xəstəliklər:

• Şəkərli diabet
• Anoreksiya
• Adrenal xəstəliklər
• Hiper- və hipotireoz
• Piylənmə
• Hipofizin xəstəlikləri
• Xroniki pankreopatiyalar




Peşəkar fəaliyyəti

• 1993 – 2014-cü illərdə refleks terapiyası (xiroterapiya, akupunktura, nevral terapiya), homeopatiya və spesifik ağrı terapiyası üzrə ixtisaslaşmışdır.
• 1994-cü ildən etibarən “im LEBEN” holistik tibb akademiyasında dosentdir, mühazirələr və seminarlar aparır.
• 1999 – 2014-cü illərdə Almaniyanın Qreyts şəhərində “im Leben” klinikasında (F. X. Mayr adına bioloji təbabətlə xərçəngin müalicəsi, diaqnostikası və terapiyası üzrə Xüsusi Müalicə Mərkəzi) aparıcı baş həkim vəzifəsində çalışmışdır.
• 2015-2017 Paraselsus klinikasında aparıcı həkim kimi çalışmışdır.
• 2017-ci ildən etibarən İsveçrənin Alpstein klinikasında çalışır.

Kvalifikasiya

• 1988-ci ildə “Osteologiya” ixtisası üzrə tibb doktoru diplomu almışdır.
• 1992-ci ildən etibarən ortopediya üzrə məsləhətçidir.
• Türingiya Dövlət Həkimlər Palatası tərəfindən qəbul olunmuş digər sahələr üzrə kvalifikasiyası:
- Homeopatiya (1992)
- Xiroterapiya (1993)
- Təbii sağaltma metodları (1998)
- Spesifik ağrı müalicəsi (2002)
- Akupunktura (2006)

• Əlavə təhsil diplomları (Avstriya Dövlət Həkimlər Palatası tərəfindən tanınmış):
F.X. Mayr adına diaqnostika və terapiya diplomu (2003)
• Əlavə təhsil diplomları (GfBK, EGAI, DGO, DGHT ekspert assosiasiyalar; tərəfindən tanınmış):
Xərçəngin İnteqrativ Bioloji terapiyası (2001)

• “Skeletin rentgen diaqnostikası” üzrə texniki biliklər (1992, Türingiya Dövlət Həkimlər Palatası)
• “Akupunktura üzrə master” (2004, DgfAN e.V. ekspertlər assosiasiyası tərəfindən tanınmış)
• Nevral terapiya üzrə ekspert (DgfAN e.V. (1996) və SANTH (2016) tərəfindən tanınmış)
• Alman və ingilis dilli jurnallarda bir sıra mühüm nəşrlərin, həmçinin dərsliklərin müəllifi və həmmüəlifidir.


Öncədən qeydiyyat mütləqdir!
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89
(012) 430 89 49




İsveçrənin məşhur bioloji təbabət həkimi Bakıda   4 gün xəstə QƏBULU