Koronavirusun təhlükəsi səbəbi ilə İsveçrənin Azərbaycandakı səfirliyi Şengen, o cümlədən, İsveçrə üçün milli vizaların verilməsini 15 iyun 2020-ci ilədək təxirə salıb.
Bu barədə məlumatı İsveçrənin Azərbaycandakı səfirliyi yayıb.
Bildirilib ki, göstərilən tarixdən əvvəl viza üçün sənədlərin qəbulu yalnız istisna hallarda həyata keçiriləcək.