Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsveç koronavirusa qarşı kollektiv immunitetin yarandığı ilk ölkə ola bilər

  • 2020.10.31 09:09
  • 1418 Baxış
İsveç koronavirusa qarşı kollektiv immunitetin yarandığı ilk ölkə ola bilər

“İsveç koronavirusa qarşı kollektiv immunitetin yarandığı ilk ölkə ola bilər”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri rusiyalı həkim-immunoloq Vladislav Jemçuqov deyib.

“Düşünürəm ki, İsveç 60-70 faizlik immun qatına sahib ilk ölkə olacaq, orada demək olar ki, xəstələnməyə kimsə olmayacaq, hər kəs xəstəliyi keçirmiş olacaq”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, İsveç buna xəstəliyi “azadlığa buraxdığı üçün” nail olacaq. Çünki orada virusun qarşısının alınması üçün heç bir məhdudlaşdırıcı tədbir görülməyib.

V.Jemçuqov bildirib ki, bu üsul yalnız öz səhiyyəsinin səviyyəsinə güvənən və çox sayda ağır xəstənin həyatını xilas etmək üçün resurslara sahib ölkələrdə əlverişlidir.