Paradoksal səslənsə də, isti içkilər istidə sərinləməyə kömək edir.
Medicina.az xəbər verir ki, bunu tibb elmləri namizədi, toksikoloq Mixail Kutuşov deyib.
Kutuşovun sözlərinə görə, isti içkilər orqanizmin təbii soyutma mexanizmi olan tərləməni stimullaşdırır:
“Tər dəridən buxarlanır, qan damarları genişlənir, qan dövranı yaxşılaşır və daxili orqanlardan istiliyin çıxması asanlaşır”.
Ancaq həkim xəbərdarlıq edib ki, itirilmiş maye miqdarı kompensasiya edilməlidir, əks halda dehidrasiya baş verəcək.
Həkim isti yaşıl çayın istiyə qalib gəlmək üçün ən yaxşı içki olduğunu bildirib. O, bunun səbəbini belə izah edib:
“Yaşıl çayın tərkibində çoxlu antioksidantlar var. Yaşıl çay canlandırıcı təsir göstərir və yorğunluqla mübarizə aparmağa kömək edir”.
Toksikoloqun fikrincə, nanə, melisa və çobanyastığı çayları da istiyə dözümlülüyü artırır.
“Bundan əlavə, zəncəfil çayı həm sərinləmək, həm də immunitet sistemini gücləndirmək üçün əladır.
Adi ilıq su da yaxşıdır, su-duz balansını qoruyacaq, bədəndən toksinləri və tullantıları çıxaracaq. İsti su da həzmi yaxşılaşdırmağa kömək edir.
Bununla belə, ağız boşluğunun, qırtlağın və daxili orqanların yanmaması üçün içkilərin temperaturu 40 dərəcədən çox olmamalıdır”, - deyə həkim vurğulayıb.
Aysel