Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İstirahətsiz işləyənlərdə tromb əmələ gəlir – Kardioloq

  • 2023.10.16 21:19
  • 1595 Baxış
İstirahətsiz işləyənlərdə tromb əmələ gəlir   –  Kardioloq

Tromboza aparan ən sürətli və qısa yol istirahətsiz, gərgin və xüsusən oturaq peşədə işləməkdir.

“Medicina” xəbər verir ki, kardioloq Anna Koreneviç qəfil ölümün səbəbi olan trombun yaranma səbəbindən danışıb.
“Biz o hallarla rastlaşırıq ki, insan qəfil ölür, çünki onda tromb qopub.

Trombun yaranma səbəbi qanın qatılaşmasıdır. Qatı qan damarların divarlarına təzyiqi artıraraq hərəkət edir. Bu zaman varikoz, tromboflebit, stenokardiya və infarkt yaranır.

Tromboz əmələ gəlməməsi üçün qanı durulaşdırmaq lazımdır.

O insanlar qan qatılaşmasına meyillidir ki, onlar az hərəkət edir, pis qidalanır, oturaq işdə olur, stresdədir. Müasir insanların stresi isə həyat və işdə rutin problemlərdən olur. Ona görə arada istirahət və fasilə vermək lazımdır.

Gərgin iş rejimi tromboza kəsə yoldur. İstirahəti təxirə salanlar özünü riskə atır. Əgər siz son 1 ildir istirahətsiz
çalışırsızsa, fasilə vermək vaxtıdır”.

Aygün Musayeva