Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İstilərlə bağlı - Minlərlə insan ölə bilərXƏBƏRDARLIQ

  • 2018.06.21 22:44
  • 9123 Baxış
İstilərlə bağlı  - Minlərlə insan ölə bilər XƏBƏRDARLIQ
Ekspertlər qlobal istilərin pik həddə çatacağı barədə xəbərdarlıq ediblər.

 

Medicina.az xəbər verir ki, mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini proqnozlaşdırıblar.


Aparılan araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. 


Bu barədə, "Hər 20-25 ildən bir hava hərəkətliliyi səbəbindən isti hava dalğaları ilə üz-üzə qalmağımız normaldır. Lakin iqlim dəyişiklikləri səbəbindən artıq 3-5 ildən bir isti hava dalğalarının səbəb olduğu neqativ hallarla qarşılaşırıq”, - deyə İstanbul Aydın Universiteti Təbii fəlakətlər təhsil, tətbiq və Araşdırma Mərkəzinin koordinatoru Sərhat Yılmaz bildirib.


Avropa Komissiyası Birgə Araşdırma Mərkəzinin yayımladığı hesabata görə, 2003-cü ildə İtaliya, Fransa, İspaniya, Almaniya, Portuqaliya, Belçika kimi Avropa ölkələrində isti hava ilə əlaqədar 70 minə yaxın insan ölüb. Asiyada da vəziyyət fərqli deyil. Təkcə 2015-ci ildə Hindistanda 2 mindən çox insan isti havanın qurbanı olub.