Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İstifadə müddəti bitmiş vaksinin insanlara vurulması cinayətdir - Həkim ÜST-ü tənqid etdi

  • 2021.11.11 17:46
  • 2850 Baxış
İstifadə müddəti bitmiş vaksinin insanlara vurulması cinayətdir -  Həkim ÜST-ü tənqid etdi
"Tibb müəssisəsi vaxtı keçmiş vaksini insan hətta özü xahiş etsə belə insan bədəninə yeridirsə, bu cinayətdir. Bununla artıq prokurorluq məşğul olmalıdır".


Xəbər verdiyimiz kimi, Azərbaycanda olan bir partiya Pfizer vaksinlərinin istifadə müddəti bu ay bitdiyindən, ÜST Azərbaycana bu vaksinlərin dekabra kimi vurula biləcəyi barədə məktub göndərib. Lakin vaxtı keçmiş vaksini seçib –seçməmək insanların ixtiyarına verilib.

TƏBİB vaksinin vurulmasında ÜST-ə inanaraq, heç bir qadağa qoymur.
Amma belə bir riskə getmək nə dərəcədə doğrudur?

Medicina.az-a açıqlamasında həkim, müstəqil tibbi ekspert Abdulla Şıxlinski bunun yolverilməz, olduğunu bu təlimatın tibbi qanunlara uyğun olmadığını bildirib.

“İlk növbədə qeyd edim ki, mən ümumiyyətlə kovid vaksinlərini əsl peyvənd kimi qəbul etmirəm, onlar effekti, tərkibi sübut olunmamış maddələrdir.

İmmunabioloji preparatlar, o cümlədən vaksinlər istifadə müddəti keçəndən sonra istifadəyə yararlı deyil. Bu ÜST-ün özünün saytında da var.

ÜST bu qaydalara nəzarəti həyata keçirməyə məsul olduğu bir vaxtda, bilə-bilə indi belə bir təklif edir ki, Pfizerin vaxtı bitib, amma onu 3 ay uzadırıq, insanlar bunu vurdura bilər.
Bu sözün özündən belə bir nəticə çıxır ki, bu peyvənd deyilən maddələr heç də həqiqi vaksin deyil. Həqiqi vaksinin istifadə müddəti keçəndən sonra insana vurmaq risklidir və bu riskə heç kim getməzdi.

Vaxtı bitmiş vaksini yeridən andaca insanda anaflaktik şok, toksiki zəhərlənmə, qəfləti ölüm ola bilər.

Bütün bunlar onu göstərir ki, vaksinlərin tərkibində başqa maddələr və heyvan, infeksion xəstəliklərin genləri olduğu üçün onların xarab olmaq imkanı yoxdur.

Qlobal qüvvələr vaksinin xarab olmadığına əmindilər.
Onlar insanların sayını azaltmaq planlarını həyata keçirmək proseslərini saxlamaq istəmirlər

Bu flakonların içərisində olan infeksion xəstəlik törədiciləri əksinə, qaldıqca daha da çoxalmaq imkanına malikdir.
ÜST-ün burda peşəkarlıqdan kənar rəy verib. Bu qurum pandemiya başlayandan öz-özünə zidd gedir.
ÜST direktorunun saytında yazılıb ki, bizim dediklərimiz məsləhət xarakteri daşıyır. ÜST-ün dediyin heç vaxt qanun kimi qəbul etmək olmaz.

Bəzi məmurlar, TƏBİB və həkimlər savadsızcasına ÜST-ün dediyi hər sözünü qanun kimi məcburi qəbul edir.
ÜST ancaq tövsiyyə verə bilər.

Bununla da ÜST məsuliyyəti öz üzərindən kənara atır. Vaxtı keçmiş vaksin adlı maddənin insana yeridiib yeridilməsini də ÜST tövsiyə edə bilər. Seçim dövlətlərin və insanlarındır.
ÜST tam mənada özünü sığortalayıb.


Vaxtı keçmiş heç bir dərman preparatı istifadə oluna bilməz, hətta aptekdə vaxtı keçmiş dərman saxlamaq qadağandır. Onu saxlamaq, satmaq cinayətdir.

Heç bir dərman maddəsi, adi yod belə, distillə olunmuş su, fizioloji məhlul belə vaxtı keçibsə istifadəsi kimyəvi cəhətdən indeferent maddələrin istifadə tarixləri ciddi gözlənilməlidir.


Naməlum maddəni insanlara vurmaları bəs etmirmiş kimi bu maddənin vaxtı da keçib, yenə insanların sağlamlığı heçə sayılır. Bunlar hamısı məqsədli olunur.

Əvvəldən də dediyim kimi insanların sayının sürətlə azalması proqramı gedir. Artıq qeyri-rəsmi statistikaya görə bütün dünyada bu pandemiya ilə əlaqədar insan itkisinin sayı 1 milyardı keçib.


Pfizer kompaniyasının vaksinasiyaya cavab verən nümayəndəsinin heç həkimlik təhsili də yoxdur, o veterinar həkimdir. Amma o insan vaksini üzrə cavabdeh məsul şəxsdir. Bunu bu yaxınlarda məşhur bolqar siyasətçisi Paskov elan edib.

Rusiya Səhiyyə Nazirliyinin 2021- iyun ayında vaksinlərin istifadəsi, saxlanması və qorunması qaydaları barədə xüsusi qərarı var. Bu qərarda açıq göstərilir ki, bir saat da vaxtı keçmiş vaksini insana yeritmək olmaz".