Havaların isti keçməsi xəstələrin təzyiqinə pis təsir edir.
“Medicina” xəbər verir ki, rus kardioloq Vladimir Xoroşev hipertoniyadan əziyyət çəkən xəstələrə isti havanın fəsadlarından danışıb. Onun sözlərinə görə, istilik qan damarlarının vəziyyətinə və qan təzyiqinə mənfi təsir göstərir. Həkim qeyd etdi ki, belə bir təsirin nəticəsi qanın sıxlığının artması, tromboz və hipertoniyanın inkişaf riskinə, ürək və beyin problemlərinə yol açır.
“İstidə qan qatılaşır, bütün orqan və sistemlərə təsir edir, həmçinin oksigenin, qidaların digər mikroelement və vitaminlərin bədənə çatdırılmasında kəskin pisləşmə baş verir. Hər şeydən əvvəl, beyin və ürək bundan əziyyət çəkir”.
Xoroşev əlavə etdi ki, isti havalarda ürək gərginliklə işləməyə başlayır. Bu, qan təzyiqinin yüksəlməsinə səbəb olur. 60 yaşını keçmiş insanların, diabet və hipertonik xəstələrin bu cür dəyişikliklərin xoşagəlməz nəticələrindən əziyyət çəkmə riski yüksəkdir.
Mütəxəssis, bu narahatlıqları yaşayan xəstələrə istidə daha çox su içməyi məsləhət görür. Çünki istilikdə orqanizmdə mayenin olmaması bədənin infarkta və başqa xəstəliyə məruz qalma riskini artırır.
Xanım