Çox isti havada insult və infarkt riski yüksəlir.
"Medicina" xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin baş kardioloqu Valeriy Sadoviy isti havada ürəyi qorumağın yeni üsullarını açıqlayıb.
"İlk növbədə yaşlı insanlar günorta qapalı sərin yerdə olmalı, maye qəbuluna əməl etməli, siqaret, içki, energetik içkidən uzaq durmalıdır.
İsti havada yürüş, idmanla məşğul olmaq olmaz.
Xüsusən orta yaşlı insanlar yürüş, qaçış, futbol oynadıqdan sonra dərhal siqaret çəkdikdə infarkt olma ehtimalı artır.
İsti havada cavanlar da infarkt ola bilər. Xüsusən cavanlarda infarkt yaşlılardan daha ağır keçir.
Əgər isti havada döş qəfəsində ağrı, ürəkdə sıxıntı, yüksək nəbz hiss edərsinizsə, yubanmadan təcili yardıma müraciət edin".
Aygün Musayeva