Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İstidə çox yemək damar faciəsi yaşadır

  • 2023.08.11 18:34
  • 1841 Baxış
İstidə çox yemək damar faciəsi yaşadır
Çox isti havada qarnı partlayana kimi yemək, böyük porsiya qidalar ürək-damar sistemində faciəyə səbəb ola bilər.


“Medicina” xəbər verir ki, qastroenteroloq Vladimir Neronovun sözlərinə görə, istidə çox kiçik paylarla qidalanmaq lazımdır.

“Çünki iri tikələr, böyük porslər bədəni daha çox isidəcək, orqanizm onsuz da xaricdə istiyə məruz qalır.

Bu zaman həzm orqanlarında qan dövranı artacaq, bütün yük ürək-qan damar sisteminin üzərinə düşəcək. Çox yeyən insanın ürək-damar sistemi zəifləyir. Xüsusən mədə yağlı, acı, qızarmış yemək və alkoqolla doludursa, damar atakları, infarkt və insult riski artır.

Sağlam, gənc adamda çox yeyib –içmək isti havada bayılma, başgicəllənmə, sıxılma ilə nəticələnə bilər. Ürək-damarlarda əvvəldən patologiya varsa, infarkt baş verə bilər.

Yayda isti axşamlarda toy və ziyafətlərdə infarkt halları buna görə artır”.

Aygün M