Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İstibasma təkcə klimaksdan olmur – 3 səbəb

  • 2023.11.29 18:07
  • 1784 Baxış
İstibasma təkcə klimaksdan olmur  – 3 səbəb

İstibasma, tərləmə, istilik dalğaları təkcə qadınlarda və təkcə klimaksda olmur.

“Medicina” xəbər verir ki, ginekoloq Yekaterina Volkova taxikardiya, tərləmə, istibasma və təşvişin digər səbəblərini açıqlayıb.

“Bəzi xəstəliklər də bu əlamətlərlə imitasiya edir.

Daha çox qalxanvari vəzin hiperaktivliyi, hipoterioz, anemiya, dəmir, ferritin azlığı, arterial təzyiqin dəyişməsi.

Buna görə də qan analizləri verin, şəkəri yoxladın və təzyiqi gündə 3 dəfə ölçün.

Anemiya zamanı orqanizm oksigen aclığı hiss edir.

Klimaks və menopauza isə təbii prosesdir. Bu zaman ginekoloji və menstruasiya problemləri yaranır.
Əhval dəyişir, apatiya, depressiya olur”.

İstənilən halda ginekoloq və endokrinoloq müayinəsi vacibdir.

Aygün Musayeva