Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti yaz gecələri 60 yaşdan yuxarı kişilər üçün təhlükəlidir

  • 2022.04.02 17:12
  • 2561 Baxış
İsti yaz gecələri 60 yaşdan yuxarı kişilər üçün təhlükəlidir

Havalar isindikcə axşamlar bürkülü hava bir çox insanlarda insult və infarkt riskini artırır.

Bakupost.az xəbər verir ki, xüsusən yaşı 60-dan yuxarı olan kişilərdə məhz isti yaz-yay gecələrində ürək işemik əlamətləri güclənir.

Bu nəticəyə Toronto universitetinin alimləri yeni elmi araşdırmada gəliblər. Onlar 15 il ərzində 60-69 yaş arası qadın və kişilər arasında ürək-damar problemlərindən ölüm halları araşdırılıb.

Alimlər məhz may-avqust aylarında baş verən ölümləri incələyib.

Onlar anomal dərəcədə isti günlərdə gecə baş verən infarkt, insult və ölüm statistikanı düzəldib.

Hesablamalar göstərib ki, yayda gecə temperaturun cəmi 1-2 dərəcə yüksəlməsi ürək-beyin tutması riskini 3,5% artırır. Lakin bu hallar istisnasız olaraq 60-65 yaş kişilər qrupunda baş verir.

Digər hallarda qadın və yaşlı kişilər arasında ürək tutmalarının isti hava ilə əlaqəsi sübut olunmayıb.

Analoji nəticələr ABŞ əhalisi üzərindəki hesablamada da alınıb.

Havanın gecə istiləşməsi kişilər arasında infarkt, insult riskini 4,5% artırıb.

Alimlər bildirir ki, qlobal istilik ekstremal anomal yay havasına səbəb olur, ona görə çox isti yay gecələri yaşlı kişilər üçün təhlükəlidir. Yay aylarında onların sərin otaqda yatması təmin olunmalı, profilaktik tədbirlər görülməlidir.

Aygün Musayeva
BakuPost