İngiltərədə yaşayan sağlamlıq üzrə ekspert Stiv Bennet “Sun” nəşrinə verdiyi açıqlamalarla gündəmə gəlib.
Medicina.az xəbər verir ki, ekspert gündə bir fincan isti şokolad içməyin arıqlatdığını iddia edib. Onun fikrincə buna səbəb bu içkinin tərkibində lif olmasıdır.
“Pəhrizinizdə daha çox lif olması sizə daha az yeməyə və daha uzun müddət toxluq hiss etməyə imkan verir. İsti şokoladın əsas tərkib hissəsi kakao tozu olmalıdır və o da liflə zəngindir”.
Bennet isti şokoladın şəkərsiz içilməli olduğunu da qeyd edib.
Mütəxəssis bazarlarda satılan hazır qarışıqları nəzərdə tutmadığını vurğulayıb. Onların əvəzinə isti şokoladı bir stəkan süd, iki yemək qaşığı kakao və dadlandırıcıdan istifadə edərək hazırlamağı məsləhət görüb.
“Lif yaxşı bakteriyaların böyüməsini və sağlam bağırsaq üçün adekvat suyun udulmasını təşviq edərək bədənin həzm sistemini tənzimləyir. O, həmçinin karbohidratla zəngin yemək yedikdən sonra qan şəkərindəki sıçrayışları azalda bilər. Hətta kolorektal xərçəng riskini azaltmaqda potensial olaraq rol oynaması mümkündür. Amma bu təsirlər üçün isti şokolad içməyə məcbur deyilsiniz. Bu, sadəcə isti şokoladı sevənlər və pəhriz zamanı da ondan vazkeçməkdə çətinlik çəkənlər üçündür. İsti şokolad sizin sevimli içkiniz deyilsə, arıqlamaq üçün digər liflə zəngin qidalar arasından seçim edə bilərsiniz. Müxtəlif meyvələr, paxlalılar, çərəzlər, toxumlar, yulaf və avokado bunlardan bəziləridir”, - deyə Bennet qeyd edib.
O, bütün bu faydalaırna rəğmən lifi də həddindən artıq qəbul etməməyi tövsiyə edib. Mütəxəssis deyib ki, həddindən artıq lif mədə-bağırsaqda bəzi narahatlıqlara səbəb ola bilər.
Aysel