Hal-hazırda mağazaların piştaxtalarını bəzəyən bir çox içkilərin içərisində soyuq qəhvəyə də rast gəlmək mümkündür. Əksər hallarda isti halda içilən qəhvə insan orqanizmasına ziyanlıdır yoxsa faydalı?
Medicina.az xəbər verir ki, müxtəlif firmalar istehsal etdikləri qəhvə çeşidlərini o cümlədən də soyuq qəhvəni aktiv şəkildə reklam edirlər. Onların fikirlərinə görə, soyuq qəhvə aşağı turşuluq səvviyəsinə malikdir və buna bağlı olaraq mədə yanğısı risqi azdır.
Tomas Peferson universitetinin alimləri soyuq və isti qəhvənin pH (aşağı turşuluq) səviyyəsini araşdırıblar. Məlum olub ki, qəhvənin temperaturundan asılı olmayaraq onlar eyni pH-a malikdirlər. Bunadan başqa isti qəhvənin antioksidant keyfiyyətləri də soyuq qəhvədən yüksək olub.
Bu da onu demək olar ki, "soyuq qəhvə daha xeyirlidir” fikri sadəcə bir mifdir. Bir fincan isti qəhvə ilə daha çox ləzzət və xeyir almaq mümkündür.