Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havalarda necə yatmaq lazımdır?

  • 2023.06.07 21:08
  • 1376 Baxış
İsti havalarda necə yatmaq lazımdır?
Havaların istiləşməsi, yayın gəlişi bir mənalı olaraq yuxumuza təsir edir. Gecəyarı istilik hiss edib oyanmaq və yenidən yatmağa çalışmaq diskomfort yaradır.


Aparılan araşdırmalara görə, yay gecələrində insanlar narahat və ya xəstə olurlar. Pis gecə yuxusunun ən çox görülən səbəbi (34%) istilikdir.

“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, belə havalarda normal yatmağı təmin etmək üçün bir neçə metod var:

Nəm çarşaf - Bir çarşafı soyuq su ilə isladın və açıq pəncərənin qabağına asın. Külək çarşafdan keçərək otağınızı sərinləyəcək.

Qaşıq istifadə edin - Yatmadan əvvəl biləklər və ya boyun kimi hissələri sərinləmək üçün qaşıqdan istifadə edə bilərsiz. Onu çarpayı yanında əlaltında qoyun.

Dondurulmuş çarşaf - Çarşafları və yastıq üzlərini plastik torbaya qoyub, bir neçə saat dondurucuda saxlayın. Bu, sərin və təravətləndirici bir yuxu bəxş edəcək.

Sərin, buzlu losyonlar- Üz üçün spreylər, toniklər və ya nəmləndiricilər kimi gözəllik məhsullarından istifadə edirsinizsə, onları soyuducuda saxlayın.

Keyfiyyətli yataq dəsti - Bədən istiliyini tənzimləməyə kömək edə bilən bambuk və ya pambıq kimi nəfəs ala bilən materiallardan hazırlanmış yataq dəstlərindən istifadə edin.

Aygün Musayeva