Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havalarda necə qidalanmaq lazımdır? - Olar-olmaz

  • 2019.06.08 15:13
  • 12542 Baxış
İsti havalarda necə qidalanmaq lazımdır? -  Olar-olmaz
Getdikcə temperaturu yüksələn yay aylarında orqanizm hansı qidalardan zərər görür? Nə yeyib, nə içmək lazımdır.

Çox insanların mədə-bağırsaq pozulmalarına, zəhərlənməsinə, təzyiqinin qalxmasına, özünü pis hiss etməsinə səbəb isti ilə uyğun gəlməyən yemək-içməkdir.


Medicina.az 35 dərəcə temperaturdan sonra uzaq durmalı olduğunuz qidaların siyahısını təqdim edir.


1. Qəhvəyə yox de


Kofemanlar  yəqin ki, bunu qulaqardına vuracaq. Amma qəhvəni səhər tezdən saat 10-a kimi içə biləriz. Və ya sərin, soyuq kondinsionerli yerdəsinizsə mümkündür. Amma günortaya doğru hava qızdıqca, qəhvə içməkdən özünüzü saxlayın. Bu damar və ürəyi yüklədib, istidə onların işinə mane olacaq. Təbii ki, təzyiq də qaçılmazdır.


2.Meyvə-tərəvəz, göyərti çox təmiz yuyulmalıdır


Yayda meyvə-tərəvəzdən, xüsusən çiy halda yedikdə bəzi pozulmalar baş verir. Yayda bişmiş, qızardılmış tərəvəz əvəzinə  çiyini yemək daha yaxşıdır. Amma bir şərtlə ki, meyvə-tərəvəz yaxşıca yuyulmalı, o dərəcədə də ki, sanki dezinfeksiya edilibmiş kimi.


3. Yoqurt və süd məhsullarını azaldın


Əgər marketdən aldığınız yoqurt və ya istənilən süd məhsulu – qaymaq, kəsmik və s. 2 saatdan artıq salafanda, yolda, masada qalıbsa, onu atın, yeməyin. Əgər süd məhsulunda turş dad hiss etdinizsə, tullayın.

 

Çünki isti havada bu məhsullarda bakteriyalar sürətlə çoxalır, bağırsaqlara zərbə dozasına çatır. Onların xeyrindən çox zərərini görəcəksiz.


4.Gündüzlər  yeməyib, gecələr çox qida qəbul etməyin


İstinin təsirindən insan səhər və günorta az qala heç nə yemir, su içir, bununla da gün ərzində çox kalori itirsə də, lazımi enerjini almır. Axşam və gecə hava bir az sərinləyir və adamda vəhşi bir aclıq yaranır. Yayda insanlar gecələr ət, kabab, çörək, yağlı qidalar yeyir. Bu isə ürək, qaraicyər, ümumilikdə orqanizm üçün zərərlidir və kökəlmək fə qaçılmazdır. Nə qədər ac olsanız da, axşamlar şorba, soyuq qidalar, salatlar yeyin.

 


5.Çox tərlədən qidalardan uzaq durun


Yediyimiz qidalar tər ifrazına təsir edir. Bunu alimlər araşdırıb ki, ən çox tərləyən insanlar çörək, qənd, qazlı su, acı souslar, istiot, fast-food qəbul edənlərdir. Yayda çox ədviyyat da yemək olmaz. Yalnız limon şirəsindən başqa. 


6.Salat və şorbalar 1 gündən artıq saxlanmamalıdır


Yayda bişirilən və ya soyuq qidalar olan şorba və salatlar dərhal yeyilməlidir. Soyuducuda belə saxlamaq olmaz. Hətta qatıqdan doğramac belə hazırlanan kimi yeyilməlidir. 


7. Balıq və ət 12 saatdan sonra yararsızdır


İsti havalarda toyuq, ət, balığın bişirilib yeyilməsinə 10 saat vaxtınız var. Əti, toyuğu alıb, maşında 5-6 saat rayona, dağa-bağa maşında aparmaq olmaz. O artıq bakteriyalarla çirklənmiş sayılır. Soyuducuda isə 10 saat qalır. Ona görə alınan kimi bişirib yeyin. 


8. Buzlu su içməyin


Soyudunun buzluğundan su içmək mədə-bağırsaq, öd üçün təhlükəlidir, sonra günlərlə vəziyyəti düzəltmək üçün əziyyət çəkəcəksiz.

 


İsti havalarda necə qidalanmaq lazımdır? -  Olar-olmaz