Havalar isindikcə ağcaqanad problemləri artmağa başlayır. Ağcaqanadlar hər il yüz minlərlə insanın ölümünə səbəb olan müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı kimi tanınır.
Medicina.az xəbər verir ki, araşdırmalara görə, ağcaqanadlardan qorunmağın yolu qoxularda gizlidir.
Belə ki, ağcaqanadların qoxu yaddaşı olduqca mürəkkəbdir. Onlar müəyyən duş geli və sabun qoxularını çox cəlbedici və ya dözülməz hesab edirlər. Məsələn, kokos qoxusunu heç sevmirlər. Ona görə də mütəxəssislər yaz və yay aylarında kokos qoxulu duş gellərindən istifadəni məsləhət görürlər.
ABŞ-da aparılan bir araşdırmaya görə, insanların əl qoxuları ağcaqanadları yönləndirə bilər. Məsələn, banan yedikdən sonra əllərdə yaranan qoxu onları daha çox cəlb edir. Ancaq üzüm yeyən insanlar ağcaqanadları cəlb etmir.
Digər bir araşdırma, antiperspirantlardan istifadənin də ağcaqanadlara təsir etdiyini üzə çıxarıb. Onların tərkibindəki birləşmənin (izopropil tetradekanoat) ağcaqanadları dəf etdiyi bildirilir. Antipersperant istifadəsi sizə yaxınlaşan ağcaqanadların sayını yarıbayarı azalda bilər.
Aysel