İstidə cinsi əlaqə də daxil olmaqla fiziki fəaliyyəti azaltmaq lazımdır.
Kəskin isti havalarda insan orqanizmi çox ciddi stress keçirməli olur və belə bir dövrdə sağlamlığı qorumaq üçün ən yaxşısı əlavə fiziki fəaliyyətdən imtina etməkdir.
“Medicina” xəbər verir ki, mütəxəssis Aleksandr Polayevin sözlərinə görə, əsas orqan və sistemlərdə ciddi stressə səbəb olan fiziki aktivlik cinsi münasibətə də aiddir. İstidə cinsi əlaqə, ilk növbədə, 50 yaşdan yuxarı insanlarda həddindən artıq yüklənməyə səbəb ola bilər.
“Əgər gənc bədən həddindən artıq yüklənmənin öhdəsindən gələ bilirsə, yaşlı insanlar üçün anormal istidə cinsi əlaqə yalnız sağlamlıq üçün təhlükəli deyil, həm də ölümcül ola bilər.
İsti yayda cinsi əlaqə zamanı infarkt və ya insult keçirmə riski kişilər üçün xüsusilə yüksəkdir. İsti havalarda qənaətli rejimə riayət etməyə və kifayət qədər təmiz su içmək lazımdır. Maksimum bədəni dinc saxlamaq lazımdır.
Həmçinin cinsi əlaqə öncəsi isti havalarda alkoqol orqanizmə bir başa təsir edir. Yayda cinsi əlaqə üçün həblər, energetiklər və şərab içmək ölüm riskini daha da artırır”.
Günay Quluzadə