Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havalarda hər balığı almayın - Zəhərlənə bilərsiniz/VİDEO

  • 2018.05.15 12:30
  • 15695 Baxış
İsti havalarda hər balığı almayın  - Zəhərlənə bilərsiniz/VİDEO
Havalar isindikcə ət məhsulları alanlar diqqətli olmalıdırlar. Xüsusilə balıq alanlar bir sıra nüanslara fikir verməlidirlər. Çünki digər ət növləri ilə müqayisədə balıq daha tez xarab olur.

 

Söhbət hansı qaydalardan gedir?


Medicina.az xezerxeber.az-a istinadən bildirir ki, havalar isindikcə bazarlarda balıq satışı azalır. Çünki isti havalarda balığın təzə saxlanılması çətin olur. Təzə olmayan balıq isə orqanizmdə ciddi fəsadlar yarada bilər. Buna görə də isti havalarda balıq alarkən diqqətli olmaq lazımdır. İlk növbədə balığın satıldığı yerə fikir verilməlidir.


İsti havada açıq şəraitdə satılan balıqların yeyilməsi zəhərlənməyə səbəb ola bilər. Buna görə də mütəxəsisslər ancaq buzun içərisində satılan balıqları almağı məsləhət görür.


Balıq alarkən onun görünüşünü də diqqətdə saxlamaq lazımdır. Balığın qulaq və göz nahiyəsi müəyyən xəstəliklərdən xəbər verə bilər.


Balığın görünüşü ilə yanaşı qoxusu da onun keyfiyyəti haqqında xəbər verir.


Mütəxəsssislər bu mövsümdə daha çox diri balıqların alınmasını məsləhət görürlər.