Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havalarda bu xəstələr ağırlaşır – Həkim

  • 2023.07.04 17:13
  • 1227 Baxış
 İsti havalarda bu xəstələr ağırlaşır  – Həkim
İsti günlərdə tərlədiyimiz zaman bədən maye, duz və mineral itirir. Temperatur yüksəldikcə, ozon səviyyəsi də yüksəlir.

Bu, xüsusilə həssas insanlarda və ya astma kimi ağciyər xəstəliyi olanlarda tənəffüs yollarının qıcıqlanmasına və tənəffüs çətinliyinə səbəb ola bilər.



“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, astma xəstələri, yaşlılar və zəif insanlar xüsusilə isti günlərdə vaxtlarının çoxunu qapalı yerlərdə keçirməli, idman və digər gərgin fəaliyyətlərdən qaçmalıdırlar. İşinizi axşam saatlarına saxlayın.


“İsti olduqda, daha çox qanın dəridən keçməsinə imkan vermək üçün qan axını dəyişir və bununla da istiliyi daha yaxşı yayır. Bu o deməkdir ki, digər orqanlar daha az qan alır.


Həzm sistemi optimal işləməsi üçün kifayət qədər qan tələb etdiyinə görə, qan axınındakı dəyişikliklər digər şeylərlə yanaşı, mədə-bağırsaq traktına da təsir göstərə bilər. Nəticədə mədə-bağırsaq infeksiyası ehtimalı artır.

İsti olanda həzm zamanı mədə və bağırsaqlarınızı qorumaq üçün şorbalar, şirələr, tərəvəzlər və yaşıl salatlar yeyin.
Tərlə birlikdə bədən də çox miqdarda elektrolit itirir. Bunlara natrium, kalium və maqnezium daxildir.

Elektrolit çatışmazlığını kompensasiya etmək üçün bədəninizin tərləmə ilə itirdiyi duz miqdarını qidalarla bərpa edin”.


Günay Quliyeva