İsti havalarda bəzi dərmanlardan istifadə etmək risklidir.
Medicina.az xəbər verir ki, bu barədə “Associated Press” yazıb.
Bildirilib ki, bəzi dərmanların əlavə təsirlərinin üzə çıxmaq riski yay mövsümündə kəskin şəkildə artır.
Həmçinin yüksək temperatur səbəbilə inyeksiya üçün nəzərdə tutulan məhlullar və “şpris”lər xarab ola bilər.
Qan təzyiqini aşağı salan bəzi dərmanlar tərləməni artırır və bununla da bədəni susuzlaşdırır. Belə şəraitdə gün ərzində qəbul edilən mayenin miqdarına nəzarət etmək vacibdir.
Nəşrin mütəxəssisləri xəbərdarlıq edir ki, antidepresantlar, aspirin və ağrıkəsicilər orqanizmin soyumasının qarşısını alır. Eləcə də bəzi antibiotiklər və antifungallar bədənin günəşə qarşı həssaslığını artırır və dərinin yanmasına səbəb ola bilər.
Nəşr qeyd edir ki, avtomobillə səyahət edənlər dərmanları səyahət üçün nəzərdə tutulan soyuducuda saxlamalıdırlar.
Aysel