Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havada zəhərlənmə - Bunlardan qaçın

  • 2023.06.01 15:16
  • 1046 Baxış
İsti havada zəhərlənmə  - Bunlardan qaçın
Yay aylarında qida zəhərlənmələri və bağırsaq infeksiyalarının sayı kəskin artır.


“Medicina” xəbər verir ki, belə halların artmasına səbəb isti havalarda bakteriyaların sürətlə çoxalması və qida məhsulların daha tez xarab olmasıdır.


Mütəxəssislərin sözlərinə görə, hazır, emal olunmuş , marketlərdə satılan, ayaqüstü yeməklər isti aylarda sağlamlıq üçün təhlükə mənbəyidir.

Müxtəlif fast-fud qidaları - dönər, hamburqer, pirojki, qutab və s. Əksər hallarda bu qidalar çöldə satılır. Bu isə onları olduqca təhlükəli edir. Yeri gəlmişkən, bu kimi qidaları digər mövsümlərdə də küçədə qəbul etmək məsləhət görülmür.

Növbəti təhlükəli qida mayonez əlavə olunmuş müxtəlif salatlardır. Belə salatları hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır. Restoran, şadlıq sarayları və s. bu kimi yerlərdə salatlar əvvəlcədən (bəzən 1 gün əvvəl) hazırlanılır.

Balıq və digər dəniz məhsulları. Həkimlər zarafat üçün deyirlər ki, "r" hərfi olmayan aylarda balıq yemək olmaz. Bu may, iyun, iyul, avqust aylarıdır. Lakin bu zarafatda müəyyən həqiqət də var. Balıq çox tez xarab olan məhsuldur. Bu səbəbdən isti havada balıqdan imtina etmək daha yaxşıdır. Hətta dondurulmuş balıq və dəniz məhsulları zəhərlənməyə səbəb ola bilər.

Sosiska, kolbasa, müxtəlif hisə verilmiş, konservləşdirilmiş məhsullar, dükanlarda satılan yarlmfabrikatlar (kotlet, düşbərə, dolma və s.) də çox təhlükəlidir.

İstənilən meyvə və tərəvəzlər də isti havada zəhərlənməyə səbəb ola bilər. Heç bir halda xarab, çirkli, yetişib ötmüş, iyi, dadı, xarici görünüşü bu meyvə və ya tərəvəzə xarakterli olmayan məhsulları yeməyin.

Qarpız, yemiş, pomidor, çiyələk xüsusilə təhlükəlidir. Məhz bu məhsullar ən ağır zəhərlənmələrə səbəb olur.

Süd məhsulları ilə də ehtiyatlı olmaq lazımdır. Süd məhsulları çox tez xarab olur. Bu səbəbdən uzaq yerlərdən gətirilən "kənd" qatığı, südü, qaymağı və s. kimi məhsullardan yay aylarında imtina edin. Lakin hətta dükanlarda satılan süd məhsulları da tam təhlükəsiz deyil. Xüsusilə uşaq yoqurtları ilə ehtiyatlı olun.

Zülallı və yağlı kremlərlə olan və dükanlarda satılan tort və pirojnalardan da isti havada imtina etmək lazımdır. Belə məhsullar çox tez xarab olur. 1-2 saat ərzində açıq havada (soyuducuda yox) qalmış belə şirniyyatlar ciddi zəhərlənməyə gətirib çıxarda bilər.


Aygün Musayeva