Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havada tıxacda qalmaq sürücünü öldürə bilər – Həkim

  • 2024.04.09 16:41
  • 1387 Baxış
İsti havada tıxacda qalmaq sürücünü öldürə bilər  – Həkim
İsti havalarda və günorta tıxacda qalmaq sürücülərin səhhətinə neqativ təsir göstərir.


“Medicina” xəbər verir ki, bu barədə terapevt Maksim Antonov bildirib.

“Avtomobillər tıxacda yığılanda dəm qazı, oksid azotun salonda səviyyəsi 40% artır. Bütün bu kimyəvi birləşmələr beynin hipoksiyasına, burun, tənəffüs yolları, bronxun qıcıqlanıb iltihablanmasına, ürək və sinir problemlərinə səbəb ola bilər.


Havanın temperaturu nə qədər yüksəkdirsə, risk bir o qədər artır, çünki elə havada kimyəvi proseslər daha da aktivləşir.

Sürücülər əgər tıxacdadırsa, pəncərələri açmamalı, kondinsioneri yandırmalı, əgər özündə narahatlıq hiss etdisə maşını söndürüb, kənara çıxmalı və hava almalı, su içməlidirlər.

Uzun yol getdikdə 2 saatdan bir maşını saxlamaq, çıxmaq, bel hissəsini hərəkət etdirmək lazımdır. Əks təqdirdə insanda onurğada problemlər, ostexondroz yarana bilər”.


Aygün