İsti yay günlərində soyuq su daha çox içilir. Lakin bu vərdiş əzəzlərdə spazma səbəb ola bilər.
İstidə susuzluğunuzu yatırmaq üçün suyun temperaturu 26 dərəcə olmalıdır. Mümkün fəsadlar səbəbindən istidə daha soyuq və xüsusilə buzlu mayelərdən istifadə edilməməlidir
“Medicina” xəbər verir, terapevt Tatyana Romanenkonun sözlərinə görə, qan dövranının pisləşməsi bədənin immun müdafiəsinin fəaliyyətinə mənfi təsir göstərir.
“Nəticədə insan infeksiyaya və ya xroniki, lakin "yatmış" sağlamlıq problemlərinin şiddətlənməsinə həssas olur.
Selikli qişalarımızda bir çox mikroorqanizmlər, o cümlədən patogenlər yaşayır.
Sağlam insanlarda onların miqdarı selikli toxumalara xas olan immun maneə ilə tənzimlənir. Ancaq istidə çox soyuq su içmək hipotermiyaya səbəb ola bilər ki, bu da bu qoruyucu funksiyanı pozur.
Nəticədə, zərərli mikroorqanizmlər nəzarətsiz şəkildə çoxalmağa başlaya bilər, bu da xəstəliyə təkan verir. Beləliklə, soyuqdəymə, ağız boşluğunda və badamcıqlarda iltihab "qazanmaq" olar.
Qan damarlarının daralması. Demək olar ki, buz kimi su içdikdə, qan damarları refleksiv şəkildə daralır. Bu o deməkdir ki, qan artıq əvvəlki kimi bədəndə dövr etmir və onun toxumalarına daha az oksigen verir. Bu səbəbdən ürək və beyin çatışmazlığı xüsusilə təhlükəlidir.
Baş ağrısı. Yenə də buna daralmış qan damarları və oksigen çatışmazlığı səbəb olur.
Qarın ağrısı. Soyuq su içmək birbaşa qan dövranından asılı olan həzmə mənfi təsir göstərə bilər. Həssas mədəsi olan insanlar xüsusilə diqqətli olmalıdırlar, onlar üçün belə bir sərinləmək cəhdi qarın ağrısı, ishal ilə nəticələnə bilər".
Günay Quluzadə