Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havada idman məşqləri təhlükəlidir - Həkim

  • 2022.08.01 15:40
  • 2507 Baxış
İsti havada idman məşqləri təhlükəlidir  - Həkim

Çox isti havada idman və fitnes məşqləri, zalda gərgin hərəkətlər orqanizm üçün təhlükəlidir.

Bakupost.az xəbər verir ki, həkimlər idmançıları və fitnesə gedənləri xəbərdar edib.

Yayda isti havada məşqlər orqanizmin sürətlə susuzlaşmasına səbəb olur.

Onlar qeyd edirlər ki, çox tərləmə orqanizm üçün yayda təhlükəlidir.

"Hətta ən yüngül intensiv hərəkət, fiziki aktivlik orqanizmin istilik hasilini artırır, isti havada damarlar genişlənir, nəbz çox yüksəlir. Onsuz da istidə yüklənən ürək bir də idmana görə yüklənir.

Açıq havada, günəşli yerdə idman istivurma, günvurma, əzələ qıcolmasına gətirib çıxara bilər.

Kardio məşqlər və güc məşqləri insanı tərlədir, bu zaman bədəndən natrium yuyulub gedir. İnsan çox içərək bunu bərpa etməyəndə baş ağrısı, yorğunluq, baş hərlənməsi hiss edir.

Ona görə idman edənlər yayda su balansını düzgün şəkildə tənzimləməli, idman üçün yayda daha çox səhər və axşam saatlarını seçməlidir.

Məşq zamanı çox buzlu olmayan su hər saat qurtum-qurtum içilməlidir".