Ət nə qədər orqanizmə faydalı olsa da, isti havalarda bəzi ət növləri təhlükəli ola bilər.
"Medicina" xəbər verir ki, həkim dietoloq Yevgeniya Peqovanın sözlərinə görə, istidə həzm sistemini ət yeməkləri ilə yükləmək olmaz.
"Bəzi ət növlərini və qızarmış ət yeyəndə qarın ağrısı və ürəkbulanma ilə nəticələnə bilər.
Yayda donuz, quzu ətindən, qaz və ördəkdən imtina edin. , Toyuq, cücə, hind quşu, yağsız mal əti, çəkilmiş ət, balığa üstünlük verin. Əti təzə tərəvəz və qarnirlə yeyin, mayonez, ketçup qatmayın. Yayda həftədə 2 dəfədən artıq hər dəfə 200 qramdan çox olmamaqla ət yeməyin".
Aygün Musayeva