Əllərin şişməsinin səbəblərindən biri də ürək çatışmazlığıdır.
“Medicina” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, isti aylarda əllərin şişməsinə ürək çatışmazlığı ilə yanaşı gün ərzində toplanan maye də səbəb ola bilər. Əgər insan yayda kifayət qədər maye qəbul etmirsə, orqanizm suyu saxlamağa başlayır.
Uzun müddət istiyə məruz qalma yayda ödemə meylliliyə xüsusilə təsir göstərir, çünki istiyə məruz qaldıqda orqanizmi sərinləmək üçün qan axınını artırır. Belə bir dəyişiklik toxumalarda mayenin tutulmasına səbəb ola bilər.
Yayda şişkinliyə qarşı profilaktik tədbirlər aşagıdakılardır:
• kifayət qədər təmiz su için
• uzun müddət günəş altında qalmayın
• idman etmək, gəzmək, hərəkət etmək
• balanslaşdırılmış bir pəhrizə riayət edin, şəkər və duzun miqdarına nəzarət edin
• gəzin, masaj edin
Günay Quluzadə