Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havada çox tərləyənlər üçün 3 ÇARƏ

  • 2022.05.28 15:55
  • 3264 Baxış
İsti havada çox tərləyənlər üçün  3 ÇARƏ


Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır.


Bakupost.az tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edir:

1. Limon suyu - Ovcunuzun içinə damcılatdığınız bir neçə damcı limonu qoltuq altına sürtməniz yetərli olacaq. Bu üsul ən az 12 saat təsirli olur.

2. 1 sprey şüşəsi, alma sirkəsi, su - Alma sirkəsinin miqdarını sudan bir az artıq götürün. Hər ikisini sprey şüşəsinə doldurub çalxalayın. Gün ərzində bir, ya iki dəfə istifadə etməniz yetərli olacaq. Tərləsəniz də, təxminən 8 saat qoxu hiss etməyəcəksiniz.

3. Limon və alma sirkəsini qarışdırın, pambıqla batırıb qoltuqaltına sürtün. Əgər qoltuqaltı qaralması kimi şikayətiniz varsa, limon damcıları rənginin açılmasına yardım edəcək.