Dondurmanın yayda 2 üstünlüyü var: sərinlədir və əhvalı qaldırır.
Amma istidə birdəfəyə 3-4 ədəd və ya bir gündə 300 qramdan artıq dondurma yemək orqanizmə zərərlidirmi?
Bakupost.az xəbər verir ki, əsl keyfiyyətli dondurmada kalsium, maqniy, vitamin D və A var. Amma dondurma həm də şəkər və yağ mənbəyidir. Bəzi hallarda dondurma piy və əzələ kütləsini artırır, dondurma yeyəndə güclü insulin sıçrayışı olur, bu da zülalın parçalanmasının qarşısını alır.
Normadan artıq dondurma yedikdə mədəaltı vəz funksiyası pozulur, qanda qlükoza kəskin artır.
Çox dondurma yeməyin 3 zərərli təsiri açıqlanıb.
1. Yuxunu pozur – çox miqdarda şəkər qəbul olunduğu üçün gecə yuxusu səthi olur, insan tez-tez oyanır. Xüsusilə axşam dondurma yedikdə.
2. Beynin sağlamlığına zərərlidir – çoxsaylı elmi araşdırmalar göstərib ki, dondurmada olan rafinə edilmiş şəkər, doymuş yağlar depressiyaya gətirir, beynin funksiyalarını ləngidir.
3. Xroniki xəstəliklər riski artır – bura diabet, ürək problemləri aiddir. Dondurma insulin dirənçini artırır. Eləcə də piylənməyə səbəb olur.
Sutkalıq dondurma norması 100 qramdır və gündə yalnız bir dəfə yeyilə bilər.
Aygün Musayeva
BakuPost