Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti hava şəraiti iki gün davam edəcək

  • 2024.08.22 13:09
  • 1139 Baxış
İsti hava şəraiti  iki gün davam edəcək
Azərbaycanda sabit, isti hava şəraiti müşahidə olunur.

Medicina.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O bildirib ki, sabah havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-39°, Naxçıvan MR-da və Aran rayonlarında 35-38° isti, bəzi yerlərdə 40° isti, dağlıq rayonlarda 25-30° isti olacağı gözlənilir.

Xidmət rəisi qeyd edib ki, isti hava şəraitinin Bakıda və Abşeron yarımadasında avqustun 23-ü, Naxçıvan MR və Aran rayonlarında isə avqustun 23-24-dək davam edəcəyi gözlənilir.