Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İstənilən xərşəngin qarşısını 31% alan yağ

  • 2022.08.30 16:14
  • 1734 Baxış
İstənilən xərşəngin qarşısını 31% alan yağ


Bəzi qidalar və yağlar antioksidant fəallığı sayəsində xərçəngin inkişafının qarşısını ala bilər.



Medicina.az xəbər verir ki,, bu təsirlər xüsusilə zeytun yağını müntəzəm istifadə edən insanlarda nəzərə çarpır.




"Zeytun yağının mütəmadi qəbul edilməsi istənilən xərçəng növünün inkişafının 31 faiz azalmasına səbəb olur. Zeytun yağının müsbət təsiri əsasən onun monodoymamış yağ turşuları, skvalen və fenol birləşmələrlə zəngin müstəsna tərkibi ilə izah olunur. Onların güclü antioksidant xüsusiyyətləri təmizlənmə səbəbindən hüceyrə oksidləşdirici stresi və DNT zədələnməsini məhdudlaşdırır və kanserogenezlə əlaqəli mühüm siqnal yollarına təsir edir”, - deyə diyetoloq İqor Strokov bildirir.

45 tədqiqatın meta-analizi göstərib ki, qorunma ən çox süd vəzisi, mədə-bağırsaq və sidik yolları xərçənglərində əhəmiyyətlidir. Növbəti tədqiqatlar xərçəngin qarşısının alınmasında zeytun yağının rolunun daha dərindən anlaşılmasını təmin edə bilər.