İstənilən xərçəng xəstəliyi psixosomatikdir. Yəni psixoloji pozğunluqlar nəticəsində yaranan fiziki xəstəlikdir. Yaranma səbəbi stresslərlə bir başa əlaqəlidir. Psixosomatik əlaqələri nəzərə almadan xəstəliyi müalicə etmək doğru deyil.
Bütün xəstəliklər ali sinir sistemindən başlayır. Qəflətən və ya xroniki təkrarlanan stress nəticəsində şüur altında qüsurlu dövran ocağı yaranır.
"Medicina" xəbər verir ki, bu barədə azərbaycanlı həkim, onkoloq cərrah İbrahim Əsəd bu barədə lent.az-a açıqlamasında deyib.
" Qəflətən və ya xroniki təkrarlanan stress nəticəsində şüur altında qüsurlu dövran ocağı yaranır. Qüsurlu dövran ocağı hansısa orqanda damarı sıxır və oksigen çatışmazlığı yaranır. Hüceyrələr oksigenli maddələr mübadiləsindən oksigensizə keçməyə məcbur olur. Belə olan halda hüceyrələr daha tez bölünməyə başlayır və əhatələri olmadığı üçün ətraf toxumalara sirayət edirlər, nəticədə şiş yaranır.
Əslində, şiş tez parçalanan olduğu üçün bir sıra dərman preparatlarından istifadə edərək, onu parçalaya bilərik, lakin nəzərə almaq lazımdır ki, bədəndə, həmçinin bağırsaq, qan, qaraciyər və digər toxumalarda olan hüceyrələr də tez parçalanır. Beləcə, şiş hüceyrələrini parçalamaq istəyərkən lazım olan hüceyrələri də parçalayırıq".