Türkiyənin İstanbul şəhərində güclü qarla bağlı əhaliyə xəbərdarlıq edilib.
Medicina.az xəbər verir ki, bu gün şəhər meri Əli Yerlikaya sosial media hesabından vətəndaşlara səslənib:
“Martın 10-dan etibarən güclü qar, fırtına, soyuq hava gözlənilir. Lütfən, tədbirli olaq”.
Xatırladaq ki, İstanbulda hava şəraiti ilə əlaqədar 200-ə yaxın uçuş ləğv edilib.