Jurnalist Fərahim Qasimovun anası bu gün müalicə aldığı özəl xəstəxanada vəfat edib.
“Medicina” xəbər verir ki, jurnalist anasının Stimul Hospital klinikasında sistem köçürülərkən öldüyünü bildirib.
“Dünən, bu gün anamla danışırdıq. Heç bir ciddi problemi yox idi. Tibb bacısı Mələk Abbasova yoxlama etmədən sistem köçürüb. Elə sistemdən sonra da anam vəfat edib. Həkimi İlham Hüseyn yaxasını kənara çəkir. Halbuki müalicəni o yazıb.
Hələ bu azmış kimi anamı təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. Sonradan tez reanimasiyaya keçirib, süni tənəffüs aparatına bağlayıblar, guya müdaxilə ediblər, amma xilas etməyiblər. Halbuki anam elə sistem altında keçinmişdi”.
Qeyd edək ki, şikayətçi ilk öncə İstanbul NS klinikasının adını qeyd etmişdi.
Məsələ ilə bağlı İstanbul NS klinikası ilə əlaqə saxladıq, onlar nə belə bir xəstə, nə belə bir hadisə olmadığını bildirdilər.
"Bizdə xəstə ölümü olmayıb. Elə bir həkim və tibb bacısı da bizdə çalışmır".
Daha sonradan F. Qasımov Stimul Hospitalın adını qeyd edib.
Stimul Hospital isə telefonlara cavab vermir.
Aynur M
Medicina.az