Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İştahı kəsmək üçün noxud, lobya yeyin – Dietoloq

  • 2024.04.05 15:36
  • 1118 Baxış
İştahı kəsmək üçün noxud, lobya yeyin  – Dietoloq

Paxlalılar iştahı kəsib, insanı uzun müddət tox tuta bilər.


“Medicina” xəbər verir ki, dietoloq Mişel Rutenşteyn artıq çəkidən azad olmaq istəyənlərə tövsiyə verib.


“Adətən iştahı kəsən qidalar siyahısına yumurta başçılıq edir.

Zülal, proteinlə zəngin qidalardan səhər yemək uzun müddət doyumluluq hissi verir. Çünki zülal qanda şəkərin sürətli qalxıb enməsinə səbəb olmur.
Eyni təsiri kəsmik, yoqurt, süd məhsulları da verir.

Digər tərəfdən bağırsaqlarda qabarmı effekti verən paxlalılar da mədəni tox və dolu tutur.

Xüsusən mərci, noxud, lobya bitki zülalı olduğu üçün Ozempik kimi iştah kəsən dərmanla eyni effekti verir.


İş ondadır ki, paxlalılarda bağırsaqda GLP1 hormonunun sekresiyasını aktivləşdirən liflər var. Bu birləşmə populyar dərmanlarda istifadə olunur. Ona görə də təbii arıqlamaq üçün eyni effekti paxlalılardan ala bilərsiz. Onların kaloriləri də azdır”.


Aygün Musayeva

.