Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İştahı kəsən ədviyyatlar - Siyahı

  • 2022.08.18 15:13
  • 3514 Baxış
İştahı kəsən ədviyyatlar  - Siyahı

Bir çox ədviyyatlar var ki, iştahı kəsir, arıqlamağa kömək edir.



Medicina.az xəbər verir ki, dietoloq, tibb elmləri namizədi Darya Rusakova iştahı ədviyyatlarla azaltmağın yollarını açıqlayıb.

Onun sözlərinə görə, darçın, zəncəfil, nanə iştahı azaldır, həzmi yaxşılaşdırır, sinir sistemini möhkəmlədir, aclığı hiss etdirmir.

Darçın maddələr mübadiləsini sürətləndirir, qanda qlükozanı salır, şirniyyata meyli azaldır.

Onu səhər yeməkləri, südə, çaya, qəhvəyə qatıb effektini artırmaq olar.

Nanə də sinir sistemini sakitləşdirir, həzmi yaxşılaşdırır, bu da dietada olan insan üçün vacibdir. Eləcə də qəbizliyi açır.


Zəncəfil isə bütün orqanizmi qüvvətləndirir, xolesterini qanda salır, bədəndən zərərli toksinləri çıxarır.

Ona görə işyahı azaltmaq istəyənlər bu ədviyyatları içkilərinə əlavə etsinlər.

Aygün Musayeva