Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İştahanı bıçaq kimi kəsir – Şüyüdün möcüzəvi təsirləri

  • 2019.08.28 12:08
  • 19213 Baxış
İştahanı bıçaq kimi kəsir  – Şüyüdün möcüzəvi təsirləri
 Şüyüd toxumu yağı min illərdir ki, istifadə edilir. Əvvəllər öskürəyə, soyuqdəyməyə, qripə və digər xəstəliklərə qarşı dərman hesab olunurdu. Həm maddələr mübadiləsini sürətləndirir, həm də iştahanı kəsir. Şüyüd toxumu yağı sayəsində artıq çəkidən də xilas olacaqsınız.

 

Medicina.az möcüzəvi bitkinin hansı hallarda istifadə olunması və faydaları haqqında məlumatı təqdim edir:

 

 

1. Xolesterini azaltma qabiliyyətinə malikdir.

2. Mədə yarası və həzm problemini aradan qaldırır.

3. Bu yağ həm də stressi aradan qaldırır

4. Sakitləşdirici xüsusiyyətə malikdir.

5. Dezinfeksiyaedici xüsusiyyəti var

6. Yaraları infeksiyadan qoruyur

7. Başda olan bitlərə qarşı çox xeyirlidir

 

MADDƏLƏR MÜBADİLƏSİ SÜRƏTLƏNDİRİR

  Təbiətin bizə bəxş etdiyi hədiyyələr arasında olan efir yağları sağlamlıq problemlərinə kömək edir. Şüyüd toxumunun yağı maddələr mübadiləsini yaxşıladırır, iştahanı idarə edir. Bunun nəticəsində də kilo probleminizə yardım edir.

 

HƏZM SİSTEMİNƏ DƏSTƏK VERİR

  Təsirləri sadəcə artıq çəkinin azalmasına təkan verməklə bitmir. Bununla yanaşı yaxşı bir antioksidləşdirici rolu oynayır. Bədəndəki sərbəst radikallarla savaşır. Bağırsaqlarda yaranan problemlərin öhdəsindən gəlir.

 

Şüyüd toxumu yağı necə istifadə edilir?

  Hər sabah yeməklərdən 15 dəqiqə əvvəl bir stəkan ilıq suyun içinə iki damcı qarışıdırıb için. Bu ərəfədə diyetiniz də önəmlidir. Sadəcə şüyüd toxumu ilə kilo atmağınız olduqca çətindir. Diyet müddətində karbohidratların istehlakını azaltmaq lazımdır.

 

BU RESEPTİ TƏTBİQ ETMƏZDƏN ƏVVƏL HƏKİMLƏ MƏSLƏHƏTLƏŞMƏK MÜTLƏQDİR.

 

 

Ayna Məmmədova Medicina.az

 

 
İştahanı bıçaq kimi kəsir  – Şüyüdün möcüzəvi təsirləri
İştahanı bıçaq kimi kəsir  – Şüyüdün möcüzəvi təsirləri