İsrailin səhiyyə naziri Yaakov Litzman vəzifəsindən istefa verib.
Medicina.az xəbər verir ki, bu barədə İsrailin “13”-cü kanalı məlumat yayıb.
Telekanalın jurnalistləri qeyd edirlər ki, Yaakov Litzmanın koronavirus epidemiyasının qarşısını almaqla bağlı yürütdüyü siyasət ciddi tənqidlərlə üzləşib.
İsrailin səhiyyə naziri Yaakov Litzmanın özü də koronavirus infeksiyasına yoluxmuşdu.