Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsrailə getdiyi deyilən Ramiz Mehdiyev "Çek-apdan keçmişəm, Bakıdayam"

  • 2024.03.04 15:23
  • 699 Baxış
İsrailə getdiyi deyilən Ramiz Mehdiyev  "Çek-apdan keçmişəm, Bakıdayam"

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.

"Medicina" xəbər verir ki, məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır:

“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır.

Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”.