Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsraildə vaksinasiya olunanlarda ürək əzələsi iltihabına rastlanıldı

  • 2021.06.04 10:05
  • 2382 Baxış
İsraildə vaksinasiya olunanlarda  ürək əzələsi iltihabına rastlanıldı
İsraildə vaksinasiya olunan insanlarda ürək əzələsi iltihabına rastlanılıb.


Medicina.az xəbər verir ki, Səhiyyə nazirliyi 2020-ci ilin dekabr və may aylarında vaksinasiya olunan 5 milyondan çox insandan 275-də miyokardit yəni ürək əzələsi iltihabına rastlanıldığını açıqlayıb. Nazirliyin araşdırmasında 16 ilə 30 yaş arasındakı kişilərdə miyokarditin vaksinlə əlaqəli olduğunu deyilir. Araşdırmanın nəticəsinə görə 16-19 yaş qrupunda bu bağlantı digər yaşlara görə daha çoxdur.

Ürək əzələsi ihtihabı rastlanılanlardan 95 faiziinin xəstəliyi yüngül keçirdiyi, xəstəxanada 4 gündən artıq qalmadıqları vurğulandı.

Ölkədə 12-15 yaş qrupunun isə vaksinasiyası hələlik dayandırıldı.

“Pfizer” şirkəti isə bunun vaksinlə əlaqəli olmadığını bildirib.

Qeyd edək ki, vaksinasiyada böyük uğur əldə edən İsraildə əhalinin 55 faizi peyvənd olunub.