İsrailin Təl –Əviv Universitetinin alimləri mədəaltı vəzin xərçənginin müalicəsi üzrə yeni metodika hazırlayıblar.
Medicina.az xəbər verir ki, PJ34 molekulunun hər gün daxil edilməsi ilə 2 həftə ərzində 90% xərçəng hüceyrələri məhv olur.
PJ34 molekulu venadaxili yeridilir, şiş hüceyrələrinin bölünməsinin qarşısını alır.
Təcrübə hələ ki, xəstə siçanlar üzərində aparılır. 90% siçanlar sağalır. Bu molekul sağlam hüceyrələrə toxunmur, əks təsirləri yoxdur.