İsraildə iki nəfər koronavirusun “hələ dünyaya məlum olmayan” yeni variantına yoluxub.
Medicina.az xəbər verir ki, İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, “COVID-19-un yeni ştamı pasiyentlərdə yüngül qızdırma, baş və əzələ ağrıları simptomlarına səbəb olub”. Genetik ardıcıllıq göstərib ki, aşkar edilmiş variant “omikron” ştamının BA.1 və BA.2 versiyalarının birləşməsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, qarışıq ştamın yaratdığı təhlükə lazımi qədər qiymətləndirilməlidir.
Xatırladaq ki, “omikron” BA.1 variantı şəklində keçən ilin qışından etibarən bütün dünyada dominant olub. Qısa bir zamanda aydın oldu ki, koronavirusun bu versiyası onun sələfi “delta” ilə müqayisədə o qədər də aqressiv və ağır deyil. Bir çox cəhətdən ekspertlər bunu vaksinasiya ilə əlaqələndirirlər. Daha sonra BA.2 (“stels-omikron” adlandırılan) versiyası peyda oldu, onun xüsusiyyəti isə həddindən artıq yoluxucu mühitdir. Bu növ istənilən digər ştamla müqayisədə daha yoluxucudur. Hazırda dünyanın bir sıra regionunda BA.2 infeksiyasının səbəb olduğu koronavirusa yoluxma hallarında artım müşahidə olunur.
ÜST yüksək dərəcədə ayıq olmaq zərurəti ilə bağlı xəbərdarlıq edir. Ekspertlərinin fikrincə Asiya ölkələri - Çin və Cənubi Koreyada yoluxma hallarında bu yaxınlarda qeyd olunan artım pandemiyanın yeni dalğasından xəbər verə bilər.