İsrailin Səhiyyə Nazirliyi 6 aydan 4 yaşadək uşaqların “Pfizer” və “Moderna” şirkətlərinin koronavirus əleyhinə vaksinləri ilə peyvənd olunmasına icazə verib.
Medicina.az xəbər verir ki, bununla da İsrail ABŞ-dan sonra dünyada körpələrin peyvəndlənməsinə icazə verən ikinci ölkə olub.
İsrailli ekspertlər bildirirlər ki, sözügedən vaksinlərin səmərəlilik dərəcəsi yüksəkdir, yan təsirləri nəzərə alınmayacaq qədər azdır.