Son sutkada daha 5 nəfər pandemiyanın qurbanı olub. Bununla da İsrail üzrə koronavirusdan ölənlərin sayı 198-ə, yoluxanların sayı isə 15 148-ə çatıb. Məlumata görə, 130 nəfərin vəziyyət ağır, 99 nəfərin səhhəti isə orta ağırdır. İndiyədək koronavirusdan 6 159 nəfər sağalıb.
Qeyd edək ki, aprelin 19-dan İsraildə karantin rejimi yüngülləşdirilib. Yeni rejimə əsasən, iş yerində 10 nəfər, yaxud işçilərin 30 faizindən çox əməkdaş ola bilməz.